Ölkə

Azərbaycanda boşanma müraciətlərinin sayı 3 dəfəyə yaxın artıb

8 Noyabr 2018 15:18
1 Şərh     Baxış: 2 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub.

Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb.

Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı mübahisələrin sayında da artım müşahidə edilib. 2005-ci ildə atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 432, 2010-cu ildə 621, 2017-ci ildə isə 845 mülki işə baxılıb.

Son 13 ildə övladlığa götürmə və onun ləğvi ilə bağlı mübahisələrin sayı isə azalıb. 2005-ci ildə belə müraciətlərin sayı 702, 2010-cu ildə 571, 2017-ci ildə isə 541 olub.

Valideynlik hüquqlarından məhrumetmə ilə bağlı mülki işlərin sayı ötən müddətdə demək olar ki, çox dəyişməyib. 2005-ci ildə belə müraciətlərin sayı 116, 2010-cu ildə 80, 2017-ci ildə isə 118 olub.

Ötən müddətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı baxılan mülki işlərin sayı isə 25 dəfə artıb. 2005-ci ildə məhkəmələrdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 4 mülki işə baxıldığı halda, 2017-ci ildə onların sayı 103-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.