Ölkə

Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi - 7 nəfər... - VİDEO

8 Noyabr 2018 16:22
0 Şərh     Baxış: 2 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: 

"Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar".

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

"Çünki xəstəxana qazlaşdırılmış bina deyil".

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda xəstəxanada kütləvi zəhərlənmə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.