Ölkə

Xəzərdə təhlükə qarşısında qalan balıqçılar xilad edildi - YENİLƏNİB

8 Noyabr 2018 15:31
2 Şərh     Baxış: 1 109

15:31

Xəzərdə təhlükə qarşısında qalan 2 balıqçı xilad edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib.

Balıqçılar FHN xilasedicilərinin müşayiəti ilə sahilə çatdırılıb.

İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya - 3" gəmisi geri çağırılıb.

-----------

14:25

Novxanıdan taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə qarşısındadır

Milli.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsindən taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya - 3" gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sumqayitli qiz · 8 Noyabr 15:0600

    Nə oldu??? Bir məlumat verin də.. Vəziyyət nə yerdədir?? Balıqçılar sağ-salamatdırmı??

    Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 8 Noyabr 15:3500

    Şükür..Lap yaxşı..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.