Ölkə

Amaliya Pənahovanın ölüm xəbərini eşidən xalq artisti: Bu təsadüfdür... - FOTO

8 Noyabr 2018 13:38
5 Şərh     Baxış: 10 231

Gecə saatlarında xalq artisti Amaliya Pənahovanın uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri sadə vətəndaşlarla yanaşı, sənət camiəsinin nümayəndələrini də sarsıdıb.

Milli.Az xəbər verir ki, xalq artisti Ağadadaş Ağayev "Hər şey daxil"də aktrisanın qəfil ölümü ilə bağlı kədərini dilə gətirib.

A.Ağayev mərhum xalq artisti ilə bağlı xatirələrindən də danışıb:

"Bu təsadüfdür, yoxsa nə, bilmirəm... Məni Azərbaycanımızın tarixi günlərində verilişlərə həmişə Amaliya xanımla bir yerdə çağırardılar.

Bu gün onun adının burada bu cür səslənməsi çox üzücü bir şeydir. Mən Azərbaycan xalqının başı sağ olsun deyirəm. Millətin sevimli sənətkarını itirdik. Amma, sənətkar ölmür. O sənətkar daimyaşar sənətkarlardandır. Amaliya xanım hər zaman bu xalqın yaddaşında qalacaq və sevə-sevə onu yad edəcəklər. Allah doğmalarına səbr versin. Əgər olubsa, Allah o dünyada günahlarını bağışlasın".  

Məhəmməd Vaqif
Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    ❤❤ .. Emma ..❤❤ · 8 Noyabr 13:4870

    Men sokk...Allah qeni qeni rehmet elesin...Coxx isdiyirdim Amalya xanimi...

    Cavab yaz
    • Anonim
      suzan · 8 Noyabr 13:5770

      Allah rəhmət eləsin .

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 8 Noyabr 15:3440

    Doğrudanda üzücü xeberdir,Allah sevenlerine sebr versin,çox deyerli senetkar,evezolunmaz insan idi.sevenlerinin qelbinde hemişe yaşar senetkar mekanın cennet olsun,Allah günahlarını bağışlasın.amin

    Cavab yaz
  • Anonim
    Roya · 8 Noyabr 16:0230

    Allah rehmet elesin.Qonagi oldugumuz bu dunyadan ebedi ayrilsada Azerbaycan incesenet tarixinde ve en esasi onu sevenlerin qelbinde daima yasayacaq.

    Cavab yaz
  • Anonim
    ..... · 8 Noyabr 16:3010

    ALLAH RƏHMƏT ELƏSİN..... MƏKANI CƏNNƏT OLSUN.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.