Ölkə

Elmira Axundova: "Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur"

8 Noyabr 2018 14:26
Baxış: 1 164

"Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır".

E.Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: "Ünvanlı sosial yardımın özünəməşğulluqla əvəz olunması daha təqdirəlayiq olar".

Milli.Az 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.