Ölkə

“Camaat bir-birinin belinə minir” - Metro qapıları NİYƏ TEZ BAĞLANIR? - VİDEO - FOTO

8 Noyabr 2018 20:28
2 Şərh     Baxış: 1 949

Stansiyada qatarların dayanma müddəti və qapıların üzümüzə açıq olma vaxtı sərnişin sıxlığından aslı olaraq 20-30 saniyə təşkil edir. Yer üstündə tələsənlər isə elə yerin altında da "qapını tut", "arxa vaqona qaç" kimi öz aləmlərində çıxış yolu tapırlar. Avtobusların qapısından asılmağa razı olanlar metro qapılarını tutub saxlamaqdan da çəkinmirlər.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bir səhər dərsə gedəndə, bir də dərsdən qayıdanda dəhşət tıxac olur. 2-3 qatar ötürməli oluruq".

Sakin: "Tez-tez gəlib keçir sadəcə adam çox olur, camaat bir-birinin belinə minir".

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Sərnişinlər stansiyanın platformasına düşərkən qaça-qaça gələrək məhz arxa vaqona istiqamətlənirlər. Biz son dövlərlər sərnişinlər arasında bu cür halların azalmasını müşahidə edirik. Sərnişin özü sosial məsuliyyətini hiss edib bunu etməməlidir. Ən azından biz bilirik ki, iki dəqiqə sonra növbəti qatar gələcək".

Stansiyanın çoxluğuna görə, ən uzun xətt Dərnəgül xətdidir. Əsas təhsil müəssisələrinin, dövlət müəssisələrinin və təşkilatların ən çox yerləşdiyi ərazilər məhz bu metro xəttinin payına düşür. Bu səbəbdən də həmin istiqamətdə sərnişin sayı daha çoxdur. Hətda havalar soyuyur, təlabat daha da artırsa vəziyyət daha da qəlizləşir. Buna görə də qış vaxtı intervalda dəyişikliklər nəzərdə tutulur.

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Mövcud xətlər eyni müstəvi üzərində kəsişdiyindən interval qrafikinin minimal həddi 2 dəqiqədir. Xətlərimiz 28 maydan sonra iki hissəyə bölünür: İçərişəhər və Dərnəgül. Avtomatik olaraq həmin mənzillərdə interval iki dəfə artıq olur. Qalan vaxtlarda sərnişin sıxlığından asılı olaraq interval iki dəqiqə yarım üç dəqiqə, gecə saatlarına doğru da bir qədər çox olur".

Problemin yaranmasının əsas səbəblərindən biri məhz qoşa xəttin eyni müstəvidə kəsişməsidir.

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Dünya ölkələrinin heç birində iki xətt eyni müstəvidə kəsişmir. Bu Bakı metropolitenində var və çətinliyi yaradan məqam da budur. Bakı Metropoliteninin konseptual inkişaf sxemi var, gələcəkdə həmin sxemə əsasən həmin xətlər bir-birindən ayrılacaq".

Bir sözlə bu sahədə də görüləcək işlər çoxdur. Metro stansiyalarının sayı artıqca, qatarların gecikməsi və sıxlıq kimi problemlər də öz həllini tapacaq. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    $.$.$. · 8 Noyabr 20:5211

    Metroya minə bilmirik. Qızlar cox əziyyət cəkir. Valideynlərimiz məhlədən dörd qızıq taksi danışıblar , taksilə gedib gəlirik bu ildən. Hərəmiz aylıq 50man.veririk.Bu pulun hec yarısı etmir bizim yol pulumuz .Məcburuq taksilə gedək gələk. Biyabırcılıqdır !

    Cavab yaz
  • Anonim
    Araz · 8 Noyabr 22:5600

    Sıxlığın əsas səbəbkarı elə vətəndaşlardır. 28 May'a qədər olan stansiyaların birində (ən çox da 28 May'ın özündə) düşmələrinə baxmayaraq İçərişəhər yox Dərnəgül qatarına minirlər. Axı niyə ?! 28 May'da onsuz da adam çox olur , ay camaat İçərişəhər qatarına minin ki , Dərnəgülə doğru gedənlər 28 May'da rahat və tez qatara minə bilsinlər . Yoxsa rahat rahat hələ qayardan düşürlər Dərnəgülə doğru gedənlər elə bil bunların qatardan düşməyinə tamaşa etməyinə gəlib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.