Ölkə

Bakıda bacısının başını balta ilə kəsən qız yenidən AZADLIĞA BURAXILDI

8 Noyabr 2018 09:38
12 Şərh     Baxış: 16 230

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının onun müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və P.Nuriyeva azadlığa çıxıb.

Məhkəmə qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Növbəti proses noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı P.Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bakı Ağır Cinayətlər Məhkəməsi P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Daha sonra onun yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bu dəfə P.Nuriyevanın yaxınları kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev biznesmendir.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Platin · 8 Noyabr 09:5240

    Axı yazmısız prokrorun apellyasiya protesti təmin edilib? Yəni nəticə olaraq azadlığa buraxılmayıb.

    Cavab yaz
  • Anonim
    Əsranur · 8 Noyabr 09:55222

    Maraqlı haldır.Bir balanın başını kəsən o biri bala bundan sonra yə lazımdır?Əgər,xəstə idisə,bu,bunda anidən olmayıbki.Demək,əvvəldən simptomları olub.Olubsa,niyə müalicəyə yatırılmayıb?Evində belə xəstəsi olan valideyn-belə uşaqları cəmiyyətdən çox,cəmiyyəti belə uşaqdan qorumağa borcludur.Narahat uşaqları mütləq müalicə etməlidirlər.22-23 yaşlarında bir qız ,bizə yaxın marketin yanında daima oturur.Bir də görürsənki,lütlənib gəzir küçədə,bir də görürsən,jşaqları qatır qabağına,deyilənə görə orda-burda başına da oyun açırlar.Bunun anasının gözünə güllə dəysin deyim-deməyim??Buna sahib çıxa bilmirsinizsə,aparın təhvil verin dövlətin xəstəxanasına.Azmıdır belələri ki,bir müddət sonra qucağında uşaq,küçələri dolaşır?

    Cavab yaz
  • Anonim
    QQ · 8 Noyabr 09:55110

    Bunu azadlıga çıxardıb neyləyəcəklər ? Kim zəmanət verəcək ki bu gələcəkdə yenə kiminsə başını kəsməyəcək.

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 8 Noyabr 10:0845

    Biznesmen ATA...!!!???Bashin qarishin biznese xebersiz olmusan ushaqlarindan,bu anadan olanda uje xeste olubda vaxtinda ustune dusherdiz...Hazirlashin ay milletim qorunun bashkesen cixacaq bu yaxinlarda,her ishimiz duz idi birce bashkesen qalmishdi

    Cavab yaz
  • Anonim
    IMF · 8 Noyabr 10:2442

    Yaxshi edib buraxiblar.Sabada ata-abasinin bashini keser.Bununla bir evde qalmalari haqqinda fikirleshibler goresen?!

    Cavab yaz
  • Anonim
    55 · 8 Noyabr 10:4992

    bu qız bacısını niyə öldürüb hamıya məlumdu dəli adıynan xəstəxanaya yatırdıb ordanda azadlığa yəniki bu bir plandı narahat olmayın

    Cavab yaz
    • Anonim
      Lale · 12 Noyabr 02:4200

      Ne sebeblr?? ! Bilmeden danishma

      Cavab yaz
  • Anonim
    55-e · 8 Noyabr 11:4990

    Her ne sebebe oldurubse de demekki psixikasi yerinde deyil.normal adam oldurmez.eger 22 bicaqla hirsi soyumayibsa,sonra bawin kesibse demeli heqiqetende psixikasi yerinde deyil.Allah heç bir valideyine bele derd vermesin.ana atasi onsuzda ikisini de itirdi.

    Cavab yaz
  • Anonim
    LADY- L · 8 Noyabr 11:56111

    Bele vehshilikle adam oldurmush birini nece cemiyyet icine buraxmaq olar ? Oz bacisinin bashina o oyunu acan bashqasinin etini bishirib yeyer de.

    Cavab yaz
  • Anonim
    Seva... · 8 Noyabr 12:5621

    Xestexanaya salib sorada xeste adiyla cixarmaq istiyirler yeqin. Iceride olmelidi bu it

    Cavab yaz
  • Anonim
    dagli qizi · 8 Noyabr 13:4030

    Bu qiz xeste- zad deyil- bacisini oldurenden sora valideyni iki balasini birden itirmiw olur, cunki biri gedir qebire, o biri de gedir turmeye...Turmeye duwmesin, adi pis cixmasin deye, basiblar delixanaya. Kim deye biler ki, orda onu mualice edibler, ya yox...Bir muddet kecenden sonra, bu hadise haminin yadindan cixandan sonra buraxdirilar azadliga....Adini da qoyurlar ki,mualicesini stosianarda alacaq. Vessalam! Burda ne var ki, atasi biznesmendir de, ona her wey olar...

    Cavab yaz
    • Anonim
      Lale · 12 Noyabr 02:4400

      Xeste olmasa agili bacisini oldurmez

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.