Ölkə

Neft Emalı Zavodundan atmosferə atılmalar qeydə alınıb

7 Noyabr 2018 19:06
0 Şərh     Baxış: 651

Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.

Nazirlikdən Milli.Az-a daxil olan xəbərə görə, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.

Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, sabah nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.