Ölkə

Sədr müavini: "Şəhid vərəsələri pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin"

7 Noyabr 2018 17:44
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"1992-ci ildə kompüter yox idi, ona görə də sənədlər əllə yazılırdı. Sonralar əllə yazılan və möhürlü olan bütün jurnallar yığılıb, orada olan məlumatlar toplanıb və kompüterdə yazılaraq sistemə daxil edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib. 

O bildirib ki, şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankında alıblar: "Əmanət Bankında vərəsələr üçün əmanət hesabı açılıb. Bununla bağlı da sənədlər var. Bəzi vətəndaşlar pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin".

A.Hacıyev qeyd edib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində də müvafiq sənədlər saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.