Ölkə

Ötən gecə Bakıdakı "selin" səbəbləri açıqlandı - VİDEO

7 Noyabr 2018 14:43
1 Şərh     Baxış: 2 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində Ukrayna dairəsindən Nargilə istiqamətində küçəyə mənbəyi məlum olmayan sular axıdılıb.

Milli.Az xəbər verir ki, sakinlərin Trend-ə verdiyi məlumata görə, həmin ərazidən keçən kanalizasiya xətlərinin birinin partlaması nəticəsində çirkab sular yola axıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib. O, Trend-ə açıqlamasında bildirib ki, küçəyə axıdılan çirkab sular olmayıb:

"Bir neçə gündür həmin ərazidə qışa hazırlıq işləri gedir. İstilik sistemlərinin hazırlıq vəziyyəti yoxlanılır. Küçəyə axan sular da istilik sistemlərindən çıxan sulardır".

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə Trend-ə bildirib ki, Əhmədli qəsəbəsində, əsasən də Aşıq Ələsgər küçəsində "Azəristilik" tərəfindən köhnə borular yenilənir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ötən gecə Bakıdakı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.