Ölkə

Saytlara pul ayrıla, "uşaq pulları"ı və ezamiyyət xərcləri artırıla bilər - Nazirdən təkliflərə münasibət

7 Noyabr 2018 14:15
Baxış: 2 163

Deputat Əflatun Amaşovun onlayn mediaya 1 milyon manat ayrılması ilə bağlı təklifinə baxa bilərik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deputatların qaldırdığı məsələlərə münasibət bildirərkən deyib.

Yeni doğulan uşaqlara müavinət verilməsi təklifinə toxunan nazir bildirib ki, bu məsələdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: "Məsələn, Belarusla müqayisə edirlər. Burada vəziyyət fərqlidir. Belarusda demoqrafik vəziyyət Azərbaycandakından fərqlidir. Yəni bu, hər dövlətdə fərqlidir. Hər bir dövlətin xüsusiyyətləri nəzərə alınaraq münasibətimizi formalaşdırmalıyıq. Bu məsələyə baxıla bilər".

Ezamiyyə xərclərinin artırılması ilə bağlı təklifə münasibət bildirən nazir qeyd edib ki, gələn il ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu məsələyə vaxtaşırı baxılır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.