Ölkə

Cərimələrdən yığılan pulun bir hissəsi deputatların maaşına əlavə olunsun - TƏKLİF

7 Noyabr 2018 13:37
Baxış: 3 656

"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizinin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir: "Milli Məclis dövlətin müstəqil qurumudur".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.