Ölkə

Bakıda xəttə 50 yeni avtobus buraxılır - VİDEO - FOTO

7 Noyabr 2018 13:29
8 Şərh     Baxış: 1 732

Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb: "Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib. 
Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".

Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək: "Sərnişinlərin təhlükəsizlik daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib", - o deyib.

M.Ağayevin sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda xəttə 50 yeni sərnişin avtobusu buraxılır

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Oxucu · 7 Noyabr 13:3810

    Niyə 1 marşrut xəttində istismara veriləcək? "Baku bus" istisna olmaqla bütün avtobusların dəyişdirilməsi lazımdır. Bəs rayonlara, bölgələrə nə vaxt növbə çatacaq? Azərbaycanın bütün rayonlarında hələ də köhnə Sovet avtobusları işləyir.

    Cavab yaz
  • Anonim
    Lökbatan sakini · 7 Noyabr 13:5610

    Lökbatana nə vaxt 20 yanvar və ya 28 may metrosundan yeni avtobuslarla yeni xətt açılacaq

    Cavab yaz
  • Anonim
    Tahir · 7 Noyabr 13:5620

    Xirdalan Aftobuslari itin gunundedi... ancaq ele sheherin merkezini dushunursuz vessalam.o boyda xirdalana sheher statusu verilib amma sheherden eser elamet yoxdur. suriyanin indiki kucelerine oxshayir.

    Cavab yaz
    • Anonim
      L-A · 7 Noyabr 14:4910

      Tahir qardaş düz deyir Xırdalan deyil palçıqnan qurdalandı. Yiyəsiz rayondu küçələri bərbad avtobusları bərbad əhalisi çox yeni tikililər tikilir amma marşrut yox

      Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 7 Noyabr 14:3830

    Sumqayıtda nəqliyyat sistemi yaxşı vəziyyətdədir..Yeni avtobuslar üstünlük təşkil edir..Əksəriyyəti də İcra Hakimiyyətinin balansındadır..Ona görə vəziyyət ürəkaçandır...

    Cavab yaz
  • Anonim
    Oxucuya · 7 Noyabr 15:0300

    Bilen yoxdu bu avtobuslar hansi xette verilecek

    Cavab yaz
  • Anonim
    Sumqayitli qiz · 7 Noyabr 18:2810

    Sumqayıtda 5, 7A nömrəli avtobuslara oxşatdım.Əgər elədirsə, bu avtobuslar artıq Sumqayıtda çoxdan fəaliyyət göstərir..

    Cavab yaz
  • Anonim
    Moderatora-Sumqayıtlı qızdan · 7 Noyabr 19:1500

    Deyəsən,yemək yeməyə getmişdiniz,Nuş olsun!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.