Ölkə

Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsini təklif edir

7 Noyabr 2018 13:14
0 Şərh     Baxış: 647

Təklif edirəm ki, uşaq bağçalarına nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

E.Süleymanova bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, FHN və icra hakimiyyət orqanları qəzalı şəraitdə olan binaların bərpasına dəstək verməlidirlər.

Ombudsman çıxışı zamanı onu da deyib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır:

"Hesab edirəm ki, bu, çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə hərbi qulluqçulara ayrılan kirayə pulunun da artırılması zəruridir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.