Ölkə

Azərbaycanda ana südü mətbəxləri yaradılmalıdır - TƏKLİF

7 Noyabr 2018 13:11
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ana südü mətbəxlərinin yaradılmasını təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

Onun sözlərinə görə, ölkədə aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır. O qeyd edib ki, körpələrin ana südü ilə qidalanmasının səmərəli təşkil olunmasına nail olmaq vacibdir: "Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.