Ölkə

Bakıda yol polisinin avtomobili yandı

7 Noyabr 2018 10:51
2 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı "Subaru" markalı şəxsi avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.