Ölkə

Bakıda bahalı avtomobildən 22 600 manat oğurlandı

7 Noyabr 2018 10:46
1 Şərh     Baxış: 1 480

Bakıda bahalı avtomobildən külli miqdarda pul oğurlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Qırmızı Şərq küçəsində baş verib. Yasamal rayon sakini, 1959-cu il təvəllüdlü Orucov Elton Zəlimxan oğluna məxsus "Mercedes" markalı "BA 66 KU" Gürcüstan dövlət nömrə nişanlı avtomobil evinin qarşısında qarət olunub.

Naməlum şəxslər avtomobilin şüşəsini sındıraraq avtomobilin içərisində olan 22 min 600 manatı oğurlayıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aydlndl · 7 Noyabr 13:4900

    Allah Zelimxan melllimi rehmet elesin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.