Ölkə

Qüdrət Şükürov qadın hamamını satışa çıxardı - FOTO

7 Noyabr 2018 09:21
9 Şərh     Baxış: 5 392

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Lifttəmir" İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarıb.

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, o, yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır. 

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən "Womans Secrets" qadın hamam kompleksidir. "Baş liftçi"nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın "Türk hamamına girdim" adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı. 

İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın nəyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir. 

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə  binası yaxınlığında yerləşən "Womans Secrets" qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş "Mercedes S klass" son model avtomobili, "Range Rover", "Mercedes Qalendewagen", "Lexsus" markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Əşi · 7 Noyabr 09:3360

    Həmin pulu korrubsiyanı araşdıranlara verib işi bağladacaq...

    Cavab yaz
  • Anonim
    Cənub · 7 Noyabr 09:4230

    Lift nə liftiymiş

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 7 Noyabr 09:5120

    Sonra deyirlerki haramdı,yeye bilmeyecek.daha ne yesin yediyin yeyib gördüyünde görüb,olan biz kasıblara olur.aiiah belanızı versin axı evin birinde oturmusanda neynirsen o qeder günahı yığmısan başına

    Cavab yaz
  • Anonim
    /// · 7 Noyabr 10:0560

    Indi bu qeder mulku olan o qeder memur varki.Atam 20 ile yaxin dovlet sektorunda calisib aldigi 3 otaqdan basqa birdeki 430 manat pensiyeden basqa hecneyi yoxdur,

    Cavab yaz
  • Anonim
    Leman · 7 Noyabr 10:3940

    Şirin -şirin yeyib,aci-aci qusur

    Cavab yaz
  • Anonim
    yağmur · 7 Noyabr 11:1330

    yığdıqları nə varsa hamı burnundan gəlsin.Kim xalqın haqqın yeyib hamının burnundan gəlsin.haramları olsun.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 7 Noyabr 11:3830

    Adicə bir vəzifə sahibi...Günümüzə bax,bir az böyükləri düşünəndə dəli kimi gülmək istəyir adam:(((

    Cavab yaz
  • Anonim
    Aydlndl · 7 Noyabr 13:5600

    Fsyo onda 10 milyonnan da baglanmiyecey

    Cavab yaz
  • Anonim
    Mudrets · 7 Noyabr 14:2510

    Sifetine baxanda deyersen ki, faqirin biridir. Amma indi bunun mowennikliyinin seviyyesine bax. Saman altindan su yeridenlerdendir bu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.