Ölkə

"Elm sahəsinə ayrılan vəsait çox azdır"

6 Noyabr 2018 13:22
Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da, bu artım çox azdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışanların da əməkhaqları aşağıdır və onların da maaşlarının artırılması üçün vəsait ayrılmalıdır.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də Ə.Əmiraslanovun səsləndirdiyi fikirlərlə razılaşıb: "AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait illərlə sabit qalır. Akademiya isə inkişaf edir, bu rəqəmin hər il sabit qalması imkanları məhdudlaşır. Təklif edərdim ki, Akademiyaya ayrılan vəsait artırılsın. Akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.