Ölkə

Bu da səfil həyatı yaşayan bir zamanların məşhur azərbaycanlı müğənnisi - VİDEO

5 Noyabr 2018 19:24
12 Şərh     Baxış: 21 514

Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni, mərhum meyxanaçı Nizami Rəmzi ilə "Aşiq-canan" mahnısını duet şəklində ifa edən Samirə Vahabovanın yaşadığı ünvan məlum olub

Milli.Az xəbər verir ki, səfil həyatı yaşadığı, dilənçilik etdiyi deyilən keçmiş müğənnini tapan "Bakı vaxtı ilə" proqramı, ayı yüz manata yaşadığı şəraitsiz sığınacağında çəkiliş edib.

"Bizimləsən" verilişinə çıxan müğənni Roza Zərgərli, sənətçilərdən, meyxanaçılardan bir qızı ilə səfil həyatı yaşayan Samirə xanıma kömək etməkləri üçün müraciət edib.

Bir zamanların məşhur müğənnisi barədə Rozanın açıqlaması isə hər kəsi duyğulandırıb:

"Mənə dedi ki, qonşu məni çağırdı "Atamın yubileyində oxu" dedi. Mənə bir qab isti xörək verdi, mən 1 həftə sevinirdim".

Qeyd edək ki, qadın müğənni binanın birinci mərtəbəsində, pilləkənin altında aylıq 100 manata kirayə qalır.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın məşhur müğənnisi indi küçələrdə dilənir

Bu da səfil həyatı yaşayan bir zamanların məşhur azərbaycanlı müğənnisi

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    IMF · 5 Noyabr 19:40304

    Bu xanima komek etmezler.Onlar yalniz toppush kimi saxtakara komek ederler

    Cavab yaz
    • Anonim
      Sara · 5 Noyabr 23:4982

      Xammer sürən toppuşa hamı kömək edər,reklamdır axı.Buna edən tapilmaz

      Cavab yaz
  • Anonim
    Xana · 5 Noyabr 20:02154

    Gedin saxtakar Toppuşa kömek edin

    Cavab yaz
  • Anonim
    Ida · 5 Noyabr 20:06212

    Roza xanim,kimese komek etmek savab isdir,ancaq sonuncu cumleni demeseniz de olardi.Xanimin veziyyeti ureyimi agritdi,cox pis oldum.Amma gelin insanlara komek ederken onlari asagilamayaq,bilerekden,ya bilmeyerekden.

    Cavab yaz
  • Anonim
    6 hiss · 5 Noyabr 20:38102

    Sag ol Roza xanim dusunurem ki guvenli unvana gelmisen amma senet adamlari da xalqin numayendesidi

    Cavab yaz
  • Anonim
    Ş R. · 5 Noyabr 20:57142

    Allah heç kəsi sahibsiz eləməsin.Saq olun Roza xanım siz belə hərəkətinizlə bir ocaqı sevindirdiniz ,Allah sizdən razı olsun.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 5 Noyabr 21:43103

    Bu cur imkansız bir xanıma kömək etmək cox savabdır. Cox saq olun Roza xanım. İnşallah etdiyiniz yaxşılıqın mukafatını alarsınız.

    Cavab yaz
  • Anonim
    U · 5 Noyabr 21:49102

    Bu xanima komek lazimdi kimsesiz di.Yoxsa arxasinda dag boyda eri olan insan ayda 800 manat qazancim var deyib caamatdan pul istiyen bezilerine yox

    Cavab yaz
    • Anonim
      $.$.$. · 5 Noyabr 22:0592

      Toppuş teması bezdirib hamını. Niyə onun etdiyi utancı biz hər dəfə yada salıb əsəbləşməliyik? Məncə ən yaxşısı bu haqqda danışmayaq, yazmayaq.Başqalarının fikrinə hörmətlə yanaşıram.Hamı Toppuşun bu hərəkətini mentalitetimizə zidd sayır. Elə mən də.

      Cavab yaz
      • Anonim
        tofik-pofik · 6 Noyabr 08:5661

        indiki mentalitete tam uygundur. indi onsuzda əksəriyyət atmagla məşğuldur.

        Cavab yaz
  • Anonim
    kate · 6 Noyabr 09:1905

    Cavanlıqlarini toyxanalarda kecirənlərin son aqibəti budur. səhvinin qurbanıdır bu qadın. Amma yenə insandır kömək etmək savabdır.

    Cavab yaz
  • Anonim
    Tamaşaçı · 6 Noyabr 15:2710

    Başqalarının yanında edilən nəsihət nəsihər deyil təhqirdir!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.