Ölkə

Havaya tüstü atan zavod cərimələndi - FOTO

31 Oktyabr 2018 15:47
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Bakı- Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.

ETSN-dən Milli.az-a verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb. Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.