Ölkə

Bakıda piyada səkilərinin nəzarətsiz təmiri. Günahkar kimdir? - VİDEO

30 Oktyabr 2018 19:28
1 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Nəsimi rayonunda Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində səliqəsiz və normalardan kənar aparılan tikinti işləri ilə bağlı Baku TV-nin reportajı bir neçə ciddi problem ortaya çıxartdı. 

İlk növbədə işi icra edən qurumların və ümumiyyətlə tikinti şirkətlərinin Azərbaycanda necə işlədiyinin təkrar şahidi olduq: nə işçilər texniki şərtlərə riayət edirdilər, nə də işəgötürənlər. 

Bundan başqa, işləri yerinə yetirənlər Əfqanıstan vətəndaşlarıdır. Onlardan biri artıq 15 ildir ki, Bakıda işlədiyini deyib, digərlərinin isə bu yaxınlarda gəldiyini vurğulayıb. Günü 20 manata çalışan bu işçilərin iş icazələrinin və əmək müqavilələrinin olduğuna böyük şübhə ilə yanaşmaq olar, çünki... 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün iş icraçıları "normal iş şəraiti" yaratmaq üçün xəbərdarlıq nişanları qoyublar, əraziyə lent çəkiblər:

"Bakı Nəqliyyat Agentliyinin tapşırığından sonra işləri qaydasına salmışıq". 

Dünənki qədər kəsinti işləri olmadığından toz da azdır. Materiallar səkiyə yığılıb və avtomobilin hərəkəti qismən bərpa edilib. 

Amma dünənki əfqanlar da artıq bu gün yoxdur. Əgər iş icraçısının dediyi kimi, həmin əfqanların işləməyə icazəsi vardısa bu gün niyə işləmirdilər? Bax, bu sual artıq bizə verilən informasiyaların düzgünlüyünü şübhə altına qoyur. 

Aldığımız məlumata görə, Bakı Nəqliyyat Agentliyi həmin ərazidə və ümumiyyətlə bütün paytaxtda panduslar düzəldir. Əlil oturacaqları və arabalarının səkidən yola endirilməsi üçün aparılan bu işləri ancaq alqışlamaq olar. Lakin bu layihələr və nəzərdə tutulan işlər ölkə qanunvericiliyinin tələbləri əsasında və normativlərə uyğun həyata keçirilirmi?

Əmək eksperti Sahib Məmmədovun sözlərinə görə, Azərbaycan vətəndaşlığı olmayan əcnəbilərin Azərbaycanda işləməsi "Miqrasiya Məcəlləsi" ilə tənzimlənir. Belə ki, vahid pəncərə sistemi əsasında işəgötürən çalışmaq istədiyi əcnəbi üçün işçi icazəsi almalıdır. 

S.Məmmədov deyir ki, həmin şəxs Azərbaycana əmək vizası ilə gəlməlidir və Azərbaycan vətəndaşının iddia etmədiyi iş yeri varsa, yalnız həmin iş yerinə işə götürülə bilər. İş icazəsinin maksimal müddəti bir ildir. Bir illik icazənin alınması üçün ödənilən vəsaitin həcmi isə 1000 manatdır. 

Ona görə də bu tikintidə çalışan əfqanlar üçün işəgötürənin işçi vizası aldığına yalnız rəsmi sənədləri görəndən sonra inanmaq olar.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda piyada səkilərinin nəzarətsiz təmiri. Günahkar kimdir?

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.