Ölkə

Turizmin təbliğatında yeni alət - Azərbaycan əcnəbilərin kliplərində - FOTO

29 Oktyabr 2018 19:26
2 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Turizm Assosiasiyası (AZTA) istifadə etdiyi turizmin təbliğat instrumentlərinin çeşidini artıraraq, indi də incəsənət nümayəndələri ilə əməkdaşlığa başlayır.

AZTA-dan Milli.Az-a verilən məlumata görə, Assosiasiya ilk dəfə olaraq məşhur ukraynalı müğənni Bojena Dar və "AVİATOR" qrupunun Bakıda klip çəkilişlərinin təşkilatçısı olub. Belə ki, AZTA ifaçıların istəklərini nəzərə alaraq, iki klipin çəkilişlərinin aparılması üçün xüsusi icazələr alıb. İlk klip "Невеста" ("Gəlin")  Heydər Əliyev Mərkəzinin ətrafında və Dənizkənarı Milli Parkın ərazisində çəkilib. Artıq bu yaxınlarda klipin təqdimatı da keçirilib. (https://www.youtube.com/watch?v=7tgUjThIblQ&feature=youtu.be&fbclid=IwAR0TwamxhUmFos0rbXwYcbN9RQD61aohg1a0ydeBqQTPE6-N3C2OzKgikWE)

Müğənni Bojena Darın daha bir klipi isə İçəri Şəhər və Heydər Əliyev Beynəlxalq Hava limanının ərazisində çəkilib. Bu klipin təqdimatının 2019-cu ilin fevralında keçiriləcəyi gözlənilir.


Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov yeni turizm təbliğatı vasitəsi kimi istifadə olunacaq incəsənət nümayəndələri ilə gələcək əməkdaşlığın uğurlu olacağına, eləcə də bunun daha dəqiq təbliğat forması olmasını qeyd edib. "Musiqinin dilindən asılı olmayaraq bütün dünyada sevilməsini və sürətlə geniş yayılmasını nəzərə alaraq hesab edirəm ki, yeni tətbiq edəcəyimiz vasitə daha dəqiq təbliğat forması olacaq və geniş auditoriya qazana biləcək. Çünki insanlar təqdim olunan kliplər vasitəsi ilə ölkənin turist üçün maraqlı ola biləcək yerlərinin hər gün dinlədiyi musiqi vasitəsi ilə görə biləcək və təbii ki bu yerləri görmək üçün turist olaraq Azərbaycanı ziyarət etmək, daha yaxından görmək və tanımaq istəyəcəklər," - Nahid Bağırov deyib.

Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğatının genişləndirilməsi missiyasında ona dəstək olan Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, İçəri Şəhər və Dənizkənarı Milli Park idarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Qeyd edək ki, 10 ildən artıqdır ki, fəaliyyət göstərən AZTA, indiyə qədər Azərbaycanın turizm potensialını beynəlxalq tədbirlərdə, o cümlədən beynəlxalq sərgi və konfransda iştirak edərək, ölkəyə və olkə xaricinə infoturlar təşkil etməklə, diplomatik missiyalar  və biznes nümayəndələri ilə əməkdaşlıq edərək təbliğ edib.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.