Ölkə

"Adları “Qara siyahı”ya salınır, “qara qutu”dan çıxırlar - Elçin Mirzəbəyli

28 Oktyabr 2018 17:34
Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İllərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi "maşa" funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik".

Milli.Az xəbər verir ki, bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli son zamanlar tüğyan edən reket jurnalistikası ilə bağlı deyib.

"Adları "Qara siyahı"ya salınır, "qara qutu"dan çıxırlar. Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar", - deyə o, fikrini izah edir.  

Ekspert həmçinin bildirib ki, onlar Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər: 

"Onlara qahmar çıxanlar, hətta "peşəkar jurnalist" adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki.. O cümlədən "xidmətlərindən" istifadə edənlər də...

Bu baxımdan, "Reallıq.info" adlanan şantaj alətinin, onun peşəkar böhtançı "sahibi" İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindəyəm:

Mətbuat Şurasını susdurmaq, reketçiliyin, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaq;
"İkram" qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanlari hədəfə alaraq gözdən salmaq.
Olmadı... Hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydular.

Amma bununla iş bitmir. Reketçiliyə, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyillər. Kimliyindən asılı olmayaraq özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu "epidemiya"nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!", - deyə Elçin Mirzəbəyli fikrini yekunlaşdırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.