Ölkə

"Gənclik Mall"un qarşısı çəpərləndi - Piyadalara və taksilərə görə - FOTO

27 Oktyabr 2018 13:04
1 Şərh     Baxış: 2 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, bu Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bunu etməkdə əsas məqsəd ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir:

"Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin, xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. Fətəli xan Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılır".

Şöbə müdiri əlavə edib ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr də təşkil edilib.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.