Ölkə

Dövlət xəstəxanalarında dərmanların istifadəsinə nəzarət edən məsul şəxs olacaq

27 Oktyabr 2018 11:39
Baxış: 5 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dövlət tibb müəssisələrində farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı "Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə əlavələr edilib. Bu əlavələrlə həmin müəssisələrin vəzifələri artıb.

Əlavələrə əsasən, müəssisə tərəfindən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.

Müəssisə dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Səhiyyə Nazirliyinə təqdim edəcək.

Qryd edək ki, hazırda Azərbaycanda bələdiyyə tibb müəssisələri olmadığı üçün bu yenilik yalnız dövlət tibb müəssisələrinə şamil ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.