Ölkə

Bu adam bütün ölkə üzrə mağazalardan oğurluq edirmiş

26 Oktyabr 2018 16:28
0 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan şəxsin respublikanın bir neçə rayonunda anoloji cinayət əməlləri törətdiyi də müəyyən edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Laçın rayon sakini Nahid Süleymanov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətdiyinin də üstü açılıb. 

Belə ki, onun cari ilin iyul-sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazilərində ümumilikdə 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib. 

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.