Bakıda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” Simpoziumu keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25-27 oktyabr tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili ‒ naxışlar" Simpoziumu keçiriləcək.
Milli.Az xəbər verir ki, üç gün davam edəcək simpozium konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət olacaq. Bu tədbirə 22 ölkədən 83 iştirakçı qatılacaq. Konfrans Azərbaycan, ingilis, rus və türk dillərində keçiriləcək.
Təşkilatçılar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Bu tədbirin keçirilməsində maliyyə dəstəyini YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, və Yunus Əmrə İnstitutunun Bakı filialı göstərir. Simpozium çərçivəsində keçə sənəti nümunələrindən ibarət "Ənənəvi keçə sənəti" və "Keçə müasir incəsənətdə" sərgiləri təşkil olunacaq. Hər iki sərgidə Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı sənətkarların da əl işləri təqdim olunacaq.
Simpozium çərçivəsində keçə sənətində dünyaca məşhur türk və qırğız üstalarının ustad dərsləri təşkil olunacaq.
Bunlarla yanaşı, "Four Seasons Baku" otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi keçiriləcək. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn modelyerlər öz kolleksiyalarında keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim edəcəklər.
Nəhayət, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ‒ Bazar meydanında keçə sənət nümunələrindən ibarət üç günlük satış-yarmarkanın keçirilməsi nəzərdə tutulub.
Media dəstəyini AMEA Mərkəzi Elmi Kitabxana, day.az, trend.az, milli.az, azernews.az xəbər portalları, "Felt Fashion" (Rusiya), "Carpet Collector" (Almaniya) və "FiltzFun" (Almaniya) jurnalları göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Bu gün ilin son Günəş tutulması olacaq
-
ÇL: “Play-off” bütün iştirakçıları müəyyənləşdi
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Avtomobilin ön şüşəsini alma sirkəsi ilə silənlər dərddən qurtulurlar
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi





