Ölkə

Bakı metrosu İLKƏ İMZA ATDI - İki gün ard-arda ...

24 Oktyabr 2018 09:59
13 Şərh     Baxış: 13 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin əsas nəqliyyat vasiətələrindən hesab edilən metroda günlərdir davam edən xaos bitmək bilmir ki, bilmir.

Bakıda yerüstü nəqliyyatın acınacaqlı durumda olduğu heç kimə sirr deyil. Aidiyyəti qurumların açıqlamalarında dünyanın digər dövlətlərində də analoji vəziyyətin hökm sürdüyünü hər dəfəsində qabartmaları onları məsuliyyətdən qurtarmır. 

Bəs metro?

Bu gün qatarların hərəkətindəki gecikmə, tabloda qatarın ard-arda "İçərişəhər" stansiyasına getdiyini göstərən elan, 08:25-də "Neftçilər" stansiyasına daxil olan boş qatarın "qeybə çəkilməsi" platrformada insanların, onsuz da, gərgin olan əsəblərini bir az da gərib.

Dünən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti problemin səbəbini qatralardan birində yaranan nasazlıqla əlaqələndirib.

Lakin bu gün də vəziyyət dəyişməyib, əksinə daha da pisləşib. 

Bir gün sonra yenidən eyni hamam, eyni tas

Yoxsa Bakı sakinlərinin yeraltı dərdini anlamaq üçün hər həftə bir məmurun qarşısına "metrodan istifadə" kimi tələb qoyulmalıdır ki, bu problem Milli Məclisin tribunasına kimi daşına?

Gediş haqlarının artırılmasından sonra yüksək səviyyəli xidmət gözləyən sərnişinlərin arzuları suya düşməkdə davam edir...

Qiymət artıb, keyfiyyət isə azalıb.

Bəlkə də nə vaxtsa aşırı mehribançılıq səbəbindən "təcavüz" etməyə məcbur qaldığımız səhnələr üçün, bizi bir-iki dəqiqəlik də olsa həmrəyləşdirən ürəyi gedən xalalar üçün çox darıxacağıq.

Şəxsən mən belə səhnələr üçün darıxmaq istəyirəm və düşünürəm ki, çoxları da bu istəkdədir. 

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.