Ölkə

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ

23 Oktyabr 2018 16:28
10 Şərh     Baxış: 3 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Robot "Sofiya"nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya" iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".

E.Niftəliyevin sözlərinə görə, "Sofiya" 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.