Ölkə

“Bir-birini seviblər” - Qız qaçırdığına görə öldürülən oğlanın və gəlinin YAZIŞMALARI ÜZƏ ÇIXDI - VİDEO

22 Oktyabr 2018 17:12
33 Şərh     Baxış: 11 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun atası deyib.

Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində verib:

"Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb. 

Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır".

Eyni zamanda, Elşad Əsədovun dayısı oğlu ölkə.az-a da danışıb. Mərhumun qohumunun dediyinə görə, E.Əsədovun əmisinin gəlini Aynur Əsədova könüllü surətdə onunla qaçıb: 

"Elşadı gəlin yoldan çıxarıb. Kim kimisə məcburən özüylə bir neçə gün harasa apara bilər? Sonra kəndin uşaqları gedib yerlərini tapıblar və Elşadı amansızcasına öldürüblər. Meyitin yuyulmasında şəxsən iştirak etmişəm. Artıq gəlin də tapılıb, yazışmalar da üzə çıxıb. Elə Elşadı yoldan gəlin çıxarıbmış".

Qeyd edək ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.