Ölkə

Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi

22 Oktyabr 2018 16:30
2 Şərh     Baxış: 2 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nərimanov Rayon Məhkəməsində ölümlə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İbrahimlinin hadisədə günahı sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb.

İttihama görə, ötən il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski,99 ünvanında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra" markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Ə.İdrisova 5 nömrəli xəstəxanada xadimə işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.