Ölkə

"Star" NEZ Türkiyə ilə Azərbaycanın regionda və dünyada maraqlarının ümumiliyin göstəricisidir"

22 Oktyabr 2018 15:04
Baxış: 1 181

"Star" neft emalı zavodunun (NEZ) açılışı bir daha Türkiyə ilə Azərbaycanın regionda və dünyada maraqlarının ümumiliyini nümayiş etdirdi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə türkiyəli tarixçi, professor Toğrul İsmayıl deyib.

O xüsusilə qeyd edib ki, "Star" Türkiyədə "Təşviqat haqqında" qanunun qəbul olunmasından sonra strateji investisiyaların təşviq olunması sənədini əldə etmiş ilk layihə olub:

"Bu cür fundamental müəssisənin birgə açılışı Türkiyə və Azərbaycanın enerji sahəsində səmərəli əməkdaşlığa hazırlığını nümayiş etdirir. Paralel olaraq bu hadisə onu göstərdi ki, ölkələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına əsas rol oynayır".

Onun sözlərinə görə, iri layihələrin birgə reallaşdırılması, xüsusilə də Türkiyədə neft emalı zavodunun açılışı Avrasiyanın enerji və nəqliyyat xəritəsini formalaşdırır, eləcə də ikitərəfli regional əməkdaşlığı gücləndirir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.