Ölkə

Azərbaycan əhalisi 9 ayda 40 milyard manata yaxın gəlir əldə edib

22 Oktyabr 2018 14:01
1 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin doqquz ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39 milyard 690,3 milyon manata çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36 milyard 465,7 milyon manatlıq vəsait qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.