Ölkə

"Heç olmasa kişiliyin olsun ..." - Azərbaycanlı aktyordan SƏRT SÖZLƏR - FOTO

22 Oktyabr 2018 12:46
0 Şərh     Baxış: 3 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan Dövlət Azərbaycan Dram teatrının aktyoru Əjdər Zeynalovla teatr direktoru arasında gərginlik səngimək bilmir.

Milli.Az xəbər verir ki, aktyor sosial şəbəkə hesabından etdiyi paylaşıma yazdığı statusda kimə xitab etdiyi gizlətməyə çalışsa da, bu, çox çəkməyib.

Statusun şərh bölümünə fikirlərini yazanlar arasında məşhur mədəniyyət işçisi, xalq artisti Tariel Qasımov da olub. Qocaman aktyorun yazdığı fikirlər statusun kimə ünvanladığını aşkara çıxarıb. 

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyevdir.

Xatırladaq ki, Əjdər Zeynalov ötən il mətbuata problemlə bağlı bunları demişdi: "Yuxarı orqanlar teatrın daxili proseslərini görmür. Direktor nə hesabat versə, səlahiyyətli qurumlar da ona inanır. Əlbəttə, teatrın direktoru öz mənfi hərəkətlərini bu hesabatda göndərmir. Mən ona görə istəyirəm ki, bu məsələ mediada qabardılsın və direktor İftixar Piriyevin əməlləri ifşa olunsun. Hələ bundan illər əvvəl xalq artisti Tariyel Qasımov öz müsahibəsində İftixar Piriyevin haqsızlıqlarından, qanunsuz əməllərindən danışmışdı. Mən tək deyiləm. Amma nədənsə illərdir ki, o, bu vəzifədə qalır. Madam ki, ona inanıblar, ona etibar ediblər, o da özünü doğrultsun da. Mən 1989-cu ildən İrəvan Teatrının aktyoruyam. Otuz illik təcrübəm var teatr sahəsində. Onun 25 ili İrəvan Teatrı ilə bağlıdır. Axı, məni hansı əsasla teatrdan xaric edir? Bizim teatr qəzalı vəziyyətdədir. Əgər İftixar Piriyev teatrı sevən insan idisə, 17 illik fəaliyyəti boyunca bu teatrın təmiri üçün səy göstərərdi. 17 ildən sonra indi başlayıb bir-iki yeri düzəltməyə, o da göstəriş üçün. Axı, bu qədər müddət İftixar Piriyev bu teatr üçün nə edib?"

Bu da Əjdər Zeynalovun paylaşımı:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.