Ölkə

Xocalı faciəsi “Savaşçı” serialında - VİDEO

22 Oktyabr 2018 12:57
3 Şərh     Baxış: 4 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yayımlanan "Savaşçı" serialının son bölümündə Azərbaycandakı Xocalı faciəsi barədə süjet hazırlanıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, serialda azərbaycanlı zabit rolunu canlandıran aktyor Kənan MM bir səhnədə Xocalı faciəsi barədə geniş məlumat verib. Ssenariyə uyğun olaraq yüzbaşı Bəxtiyar Yörük Haydara Xocalı faciəsi barədə məlumat verir.

Kənan MM sayta məsələ ilə bağlı açıqlamasında deyib:

"Gəldiyim gündən istəyirdim Xocalı haqqında bir səhnə olsun. Mən də rejissor və ssenaristdən xahiş etdim ki, bu seriala Azərbaycanda da baxırlar, bu fürsəti, imkanı dəyərləndirmək, Xocalı faciəsini bir daha işıqlandırmaq, 80 milyonluq Türkiyə cəmiyyətinə bir daha Xocalı faciəsi haqqında məlumat vermək lazımdır. Özüm də filmdə türkcə danışdım ki, nəinki Türkiyə, hətta bütün türkdilli dövlətlərdə başa düşülsün. Rejissor və ssenarist mənə tam sərbəstlik verdilər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xocalı faciəsi "Savaşçı" serialında

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.