Ölkə

Nazirlik: "İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıblar"

22 Oktyabr 2018 10:44
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.