Ölkə

Bakıda ABŞ səfirliyi əməkdaşının avtomobili avtobusla toqquşdu

22 Oktyabr 2018 09:58
0 Şərh     Baxış: 1 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Şərifzadə küçəsi, 140 ünvanında ABŞ vətəndaşı, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı Blu Loles idarə etdiyi "Toyota Prado" markalı "90 TP 596" dövlət nömrə nişanlı avtomobillə Bərdə rayon sakini Yusif İbrahim oğlu Mustafayevin idarə etdiyi 39 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı "10 TF 993" dövlət nömrə nişanlı avtobusla toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.