Ölkə

Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü

20 Oktyabr 2018 13:33
2 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 19-u, saat 22 radələrində "İ-Qafqaz" MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus "Meyvəli" bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.

Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.