Ölkə

600 kq at əti müsadirə edildi

20 Oktyabr 2018 12:57
1 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qida təhlükəsizliyi Agentliyi və DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Bərdə rayonunda əməliyyat keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı rayon sakini 1987-ci il təvəllüdlü Alim Məmmədov və 1976-cı il təvəllüdlü Teymur Bağırov saxlanılıb. Onların həyətindəki yarımtikilidən 600 kiloqram at əti və 2 ədəd kəsilməkdə olan xəstə at aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ümumiyyətlə, agentlik tərəfindən qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir. Sözügedən faktla bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı dəqiq və dolğun məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.