Ölkə

Bakıda universitetdə qızlara qəribə qadağa

20 Oktyabr 2018 12:30
37 Şərh     Baxış: 7 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Odlar Yurdu" Universitetində xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinmək qadağan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Əhməd Vəliyev göstəriş verib.

Məsələ ilə bağlı "Odlar Yurdu" Universiteti ilə əlaqə saxladıq.

"Biz tələbələrə qadağa qoymamışıq. Sadəcə, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir", - universitetin mətbuat katibi Günay İmanova bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.