Ölkə

Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb oldu - VİDEOSORĞU

19 Oktyabr 2018 20:48
1 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan üçün yeni brend "Landor" beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb. 

Yeni turizm loqosu "A" (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin "Take another look" ("Yenidən nəzər yetir") şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur. 

Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Maraqlıdır ki, şəhər sakinləri yeni turizm loqosunu bəyənir və nəyə bənzədir? 

Baku TV-nin sorğusunu təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb oldu

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.