Ölkə

DİQQƏT: Zağulba prospektinin bir hissəsi bağlanır

19 Oktyabr 2018 17:44
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 oktyabr 2018-ci il tarixdə saat 8-00-dan 20:00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci km-də (Mərdəkan körpüsündən Zağulba istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə Zağulba istiqamətində hərəkətlərinə davam edə biləcəklər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.