Ölkə

Azərbaycanda bioloji fəallığa malik qida əlavələri ilə mübarizə sərtləşdirilir - FOTO

19 Oktyabr 2018 18:00
1 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bioloji fəallığa malik qida əlavələri ilə mübarizə sərtləşdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyində olan "Analitik Ekspertiza Mərkəzi" MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi" MMC-nin direktoru Murad Süleymanov imzalayıb.

B.Quliyev bildirib ki, memorandumun imzalanmasında əsas məqsəd əhalinin keyfiyyətli məhsulla təminatını gücləndirmək, eləcə də əhalinin təhlükəsizliyini təmin etməkdir.

Əməkdaşlıq üzrə gələcək planlardan danışan M.Süleymanov deyib ki, qadağan olunmuş bioaktiv qida əlavələrinin dövriyyədən çıxarılması məqsədilə birgə monitorinqlərin keçirilməsi planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.