Ölkə

Meyit Sabirabadda, silah isə Hacıqabulda tapıldı

19 Oktyabr 2018 13:05
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

## 695739##  Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilmişdi.

DİN-dən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş "TOZ-12" markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.