Ölkə

Xanəndə: "Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var" - FOTO

19 Oktyabr 2018 14:17
2 Şərh     Baxış: 3 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəs ana dilini qorumalıdır. Bu işə birinci ailədə başlanılmalıdır, sonra efirlərdə.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xalq artisti Mənsum İbrahimov "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi" mövzusunda konfransda deyib.

M.İbrahimov hər zaman tələbələrinə ana dilində sözləri düzgün tələffüz etməyi öyrətdiyini deyib: "Tələbələrimə deyirəm ki, ana dilində oxuyan zaman düzgün tələffüz edin, əks halda mahnı düzgün səslənməyəcək".

Xanəndə telekanallarda qeyri-peşəkar aparıcıların olduğunu da bildirib: "Telekanalların sayının çox olması yaxşıdır, ancaq görürsən ki, qeyri-peşəkarlar gəlib aparıcılıq edirlər, dillərində qüsurlar var, yad sözlərdən istifadə edirlər. Bəzən bunu müasirlik kimi qəbul edirlər, ancaq bu, düzgün deyil. Hər kəs öz işində peşəkar olmalı, ana dilini qorumalıdır".

O əlavə edib ki, ana dilinin qorunması ilə bağlı geniş təbliğat işi aparılmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.