Ölkə

Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxıldı - YENİLƏNİB

19 Oktyabr 2018 16:06
1 Şərh     Baxış: 3 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:06

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənərək xəstəxanaya gətirilən 5 nəfər artıq buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 nəfərin müalicəsi davam edir və onların vəziyyətləri orta-ağırdır. 

O əlavə edib ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub. 

---------

09:36

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisinin 12 heyət üzvü zəhərlənib.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun Trend-ə verdiyi məlumata görə, həmin şəxslərdən 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

---------
09:26

Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a daxil olan xəbərə görə, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizısinə məlumat daxil olub.

Məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.