Ölkə

Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?

18 Oktyabr 2018 14:04
1 Şərh     Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana Yaxın Şərq ölkələrdən gələn turistlər bahalı otellərə, lüks istirahətə dadlı yeməklərə daha çox üstünlük verirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən
Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib.

Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə daha çox regionları səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara getməyə üstünlük verirlər: "Azərbaycan Turizm Bürosunun açılacaq nümayəndəlikləri bu strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.