Ölkə

"Niva"nı aşıran sərxoş sürücü öldü

18 Oktyabr 2018 12:42
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Adnalı kənd sakini, 1960-ci il təvəllüdlü Füzuli Saran oğlu Qubadov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb və nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən ölüb.

F.Qubadov Cəlilabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.