Ölkə

"Müəllimlər yeniliklərin əleyhinə deyillər"

18 Oktyabr 2018 12:28
3 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə, müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

O bildirib ki, belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır: "Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır".

Direktor müavini bildirib ki, hazırda məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlanır və sınaqdan keçirilir: "Proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq. Əlavə təhsil onun bir qolu olan ixtisasartırma təhsili ali və digər təhsil müəssisələri tərəfindən həyata keçirilir. İstənilən əlavə təhsil və ixtisasartırma proqramı aktual məsələyə sərf olunmalıdır. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.